AZ

Hakan Fidan Türkiyə qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyünü açıqlayıb

Bakı. Trend:

Əgər miqrasiya və terrorizmin yaratdığı təhdidlər aradanqaldırılsa, Türkiyənin Suriyada hərbi mövcudluğunu saxlamaq üçünheç bir əsası olmayacaq.

Trend-inməlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan FidanQətərin "Al Jazeera" telekanalına müsahibəsində deyib.

"Bildiyiniz kimi, Türkiyənin Suriyadakı mövcudluğunun iki əsasməqsədi var idi. Onlardan biri Türkiyəyə daha çox kütləvi köçünqarşısını almaqdır, çünki müxalifətin nəzarətində olan [ərazilərdə]5 milyon insan yaşayırdı. Terrorla mübarizə məsələləri də bizimüçün vacib idi. İndi görürük ki, bu iki əsas problem aradan qalxır,Suriyada qalmağımız üçün heç bir səbəb yoxdur", - deyə o qeydedib.

H.Fidanın sözlərinə görə, Türkiyə Suriyadakı nüfuzundan Suriyaxalqına daha çox yardım cəlb etmək üçün istifadə etməkniyyətindədir.

Seçilən
21
1
az.trend.az

2Mənbələr