AZ

“Reuters”: Böyük Britaniya Ukraynanı yeni yardım paketi ilə təmin etmək niyyətindədir

Böyük Britaniya Ukraynaya 286 milyon dollar dəyərində yeni yardım paketi göndərmək niyyətindədir.

APA xəbər verir ki, bu haqda dekabrın 19-da “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Kiyev rejiminə yeni hərbi yardım paketinə Ukrayna Hərbi Dəniz Qüvvələrini gücləndirmək üçün 115 milyon dollar dəyərində texnika, yəni kiçik qayıqlar, kəşfiyyat üçün pilotsuz uçuş aparatları (PUA), pilotsuz suüstü gəmilər, kamikadze dronlar və bir sıra başqa silahlar daxildir.

Bundan başqa 85 milyon dollar dəyərində radarlar, yerüstü aldadıcı hədəflər, və elektron döyüş sistemləri də daxil olmaqla hava hücumundan müdafiə vasitələrinin təhvil verilməsi planlaşdırılır.

32 milyon dollar dəyərində əvvəllər Ukraynaya verilən sistemlərə dəstək və ehtiyat hissələri, eləcə də 49 milyon dollar dəyərində də mindən çox dronlarla mübarizə üçün elektron müharibə sistemlərinin verilməsi nəzərdə tutulur.

Seçilən
18
apa.az

1Mənbələr