AZ

Kir Starmer Britaniyanın müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdırmağı planlaşdırır

London, 19 dekabr, AZƏRTAC

“Leyboristlər hökuməti müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5 faizinə çatdırmağı planlaşdırır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer LBC radiosuna verdiyi açıqlamada bildirib.O, hökumətin bunun üçün konkret bir yol xəritəsi hazırlamağı öhdəsinə götürdüyünü deyib. Əlavə edib ki, bu plan gələn il təqdim olunacaq.

Ötən ay müdafiə naziri Con Hili yaşı 50-dən çox olan köhnə avadanlıqların, o cümlədən gəmi, pilotsuz uçuş aparatları və helikopterlərin istifadədən çıxarılacağını açıqlayıb. Bu addımlar Britaniya hökumətinin NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək və ölkənin müdafiə qabiliyyətini müasirləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da NATO üzvlərinə müdafiə xərclərini iqtisadi göstəricilərin 3 faizinə yüksəltmək barədə çağırış edib. NATO-nun hesablamalarına görə, bu il ittifaqın 32 üzvündən 23-ü ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaq hədəfinə çatacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
34
1
azertag.az

2Mənbələr