AZ

Kamçatkada An-2 təyyarəsi radarlardan itib

Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən An-2 təyyarəsi radarlardan yoxa çıxıb.

“Report” yerli “Kamçatskoye vremya” agentliyinə istinadən xəbər verir ki, bunu regionun fövqəladə hallar naziri Sergey Lebedev açıqlayıb.

“Hadisə var. An-2 yük daşıyan kommersiya təyyarəsi itib. İstiqamət Milkovo – Ossora olub. İlkin məlumata görə, təyyarədə sərnişin yoxdur və qəza sensoru işə düşüb”, – nazir bildirib.

Agentlik qeyd edib ki, An-2 təyyarəsində üç ekipaj üzvü var. Təyyarə qızıl hasilatı müəssisələrindən biri üçün yük daşıyırdı.

Seçilən
25
3
far.az

4Mənbələr