22 yanvar 2025-ci il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
4. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.
Yığıncaq Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.