AZ

Britaniya Ukraynaya 285 milyon dollar dəyərində əlavə yardım paketi göndərəcək

Bakı. Trend:

Böyük Britaniya 2025-ci ildə Ukraynaya əlavə çoxmilyon dollarlıqhərbi yardım paketi göndərəcək.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti BöyükBritaniya müdafiə naziri Con Hiliyə istinadən bildirib.

Nazirin sözlərinə görə, söhbət “225 milyon funt sterlinq (284,6milyon dollar) dəyərində yeni paketdən” gedir.

Qeyd olunub ki, Ukraynalı həmkarı Rustem Umerovla görüşən Hilibildirib ki, London Kiyevə daha çox hava hücumundan müdafiə vəradio və elektron döyüş sistemləri, eləcə də ölkənin dənizqüvvələri üçün pilotsuz uçuş aparatları və sursat verəcək.

Britaniyalı nazir bildirib ki, yardım paketı çərçivəsində BöyükBritaniya "təlim təklifini genişləndirmək niyyətindədir".

Seçilən
14
2
az.trend.az

3Mənbələr