AZ

Hakan Fidan: PKK problemi həll olunsa Türkiyənin müdaxiləsinə ehtiyac qalmayacaq

Hakan

PKK terror təşkilatının Suriyadan təmizlənməsi ilk növbədə yeni Suriyanın yeni hökumətinin işidir və əgər bu problem həll olunarsa, Türkiyənin müdaxiləsinə ehtiyac qalmayacaq.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin əl-Cəzira telekanalına müsahibəsi zamanı Türkiyənin Suriyada hərbi əməliyyat keçirəcəyi iddiaları ilə bağlı sualı cavablandırarkən deyib.

Fidan yeni administrasiyanın Suriyada nəzarəti tam ələ keçirməli olduğunu vurğulayıb.

O həmçinin PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin Türkiyə üçün ciddi təhlükə yaratdığını və YPG-nin işğal etdiyi yerlərdə varlığını və üstünlüyünü qorumağa çalışdığını bildirib.

Seçilən
6
2
xalqcebhesi.az

3Mənbələr