Rusiyada təyyarə yoxa çıxıb. Belə ki, Kamçatkada An-2 yüngül təyyarəsi radarlardan itib.
Bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
Təyyarə Milkovo-Ossora marşrutu üzrə kommersiya yüklərinin daşınmasını həyata keçirirmiş. İlkin məlumatlara görə, qəza sensoru işə salınıb.
Xilasetmə əməliyyatı başlayıb. Nazir əlavə edib ki, təfərrüatlar daha sonra açıqlanacaq.
Tural