Roman Qriqorçuk karyerasını Ukrayna Premyer Liqasında davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis LNZ ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qriqorçuk yeni komandasında işə yanvar ayında başlayacaq. Mütəxəssis Andres Karraskonu əvəzləyib. 

Qeyd edək ki, LNZ Premyer Liqada 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.