AZ

Milli Hidrometeorologiya Xidməti: Yağıntılı hava axşamadək fasilələrlə davam edəcək

Faktiki hava açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir, bəzi şərq rayonlarında yağıntılar leysan xarakterlidir. Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 12, Şabran, Quba, Şəki, Zaqatala, Balakəndə 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Altıağacda 20, Qrızda 12, Xaltanda 10, Şamaxıda 7, Qusarda 6, Qax(Sarıbaş), Şahbuzda 5, Şahdağ, Qobustanda 4 sm olub.

Bəzi yerlərdə arabir güclü qərb küləyi əsib, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Daşkəsəndə 28 m/s, İsmayıllıda 26 m/s, Kəlbəcərdə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Qobustan, Şəki, Oğuz, Qəbələdə 20 m/s, Mingəçevirdə 19 m/s, Naftalan, Şamaxıda 18 m/s, Tərtərdə 16 m/s-dək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Sumqayıt, Göyçay, Şamaxı, Qobustan, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 19-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Seçilən
3
49
yeniazerbaycan.com

10Mənbələr