PSJ-nin futbolçusu Canluici Donnarumma ciddi zədə alıb.
QOL.az xəbər verir ki, o, Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə oyununda (4:2) sıradan çıxıb.
25 yaşlı qolkiper sözügedən matçda rəqib futbolçu Vilfrid Sinqo ilə toqquşub. Sinqonun butsları Donnarummanın başına ciddi xəsarət yetirib.
Qapıçı oyuna davam edə bilməyib və 22-ci dəqiqədə onun əvəzinə meydana Matvey Safonov daxil olub.
PSJ italiyalı qolkiperin hazırkı durumu haqda açıqlama yayıb. Məlumatda bildirilib ki, Donnarummanın başına paltardəyişmə otağında 10 tikiş qoyulub.
Futbolçu bu gün Parisdə tibbi müayinədən keçəcək və bir neçə gün hərəkətsiz qalmaq məcburiyyətində qalacaq.