AZ

“Sednaya həbsxanası muzey olacaq” – Suriya lideri

“Bildiyiniz kimi suriyalılar bir çox ölkəyə sığınıblar, lakin onlara ən çox sarılan, hörmət edən ölkə Türkiyə olub. Ümid edirəm ki, Suriya bu yaxşılığı unutmaz. Strateji əlaqələr olacaq. Türkiyənin yeni Suriya dövlətinin qurulmasında bir çox prioritetləri var”.

 Tribunainfo.az xəbər verir ki, bu sözləri “Yeni Şafak” qəzetinə müsahibəsində Suriyanın yeni lideri Əhməd əl-Şaraa deyib.

O, suriyalı qaçqınlara dəstək olan Türkiyəyə minnətdarlığını ifadə edərək, iki ölkə arasında strateji əlaqələrin inkişaf edəcəyini vurğulayıb:

“Biz Türkiyənin iqtisadi inkişaf təcrübələrini Suriyaya köçürməsinə də inanırıq. Sosial əlaqələri qoruyub saxlayacağıq. Eyni anları sevgi və səmimiyyətlə paylaşacağıq və bu qələbə təkcə Suriya xalqının deyil, həm də türk xalqının qələbəsidir”.

Əhməd əl-Şaraa bildirib ki, Dəməşqin “inkişaf paytaxtı” kimi yenidən qurulması planlaşdırılır.

O, yeni hökumətin prioritetlərinin sabitlik, iqtisadi inkişaf və qaçqınların geri qayıdışı olacağını bildirilib: “İndi ən çətin hissəni geridə qoyduq. Suriya xalqı öz torpaqlarına çox bağlıdır və bir çox evlərin dağıldığı məlumdur. Biz insanların öz ölkələrinə, doğma şəhərlərinə qayıtması üçün əlverişli mühit yaratmaqla bu vəziyyəti həll etməliyik. Düşünürəm ki, əhalinin yarısı kütləvi şəkildə Suriyaya qayıdacaq”.

Sednaya həbsxanasından danışan Suriya lideri oranın muzey olacağını deyib: “Sednaya həbsxanasında gördüyünüz kimi rejim çoxlu qırğınlar törədib. Şübhəsiz ki, bu həbsxana Suriya xalqının tarixində qara ləkədir. Biz çalışacağıq ki, bu həbsxanada baş verənlərə görə məsuliyyət daşıyan hər kəs, xüsusən də işgəncə verənlər məsuliyyətə cəlb olunsun. Sednaya həbsxanası haqqında da fikrimiz var. Buranı muzey və abidə kimi qoruyub saxlamaqla. Rejimin cinayətlərinin və Suriya xalqına etdiklərinin sübutu olaraq bunu etmək lazımdır”.

Seçilən
7
2
tribunainfo.az

3Mənbələr