AZ

Zelenski Kelloqun Ukraynaya səfərini təsdiqlədi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Ukrayna və Rusiya Federasiyası üzrə xüsusi nümayəndə vəzifəsinə namizədliyi irəli sürülmüş Keyt Kelloqun Ukraynaya səfərini təsdiqləyib. 

Qaynarinfo NV-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Brüsseldə keçirilən brifinqdə bildirib.

"Biz cənab Kelloqu yanvarın əvvəlində gözləyirik. Bundan sonra biz onun nə demək istədiyini (danışıqlara hazırlıqla bağlı-red.) anlayacağıq", deyə Zelenski Kelloqun "Fox News" telekanalına müsahibəsində Ukrayna və Rusiyanın artıq danışıqlara hazır olması barədə bəyanatı ilə bağlı sualı şərh edib.

Qeyd edək ki, bundan əvvəl "Reuters" agentliyi Kelloqun yanvarın əvvəlində Ukraynaya səfər edəcəyini bildirib. O, Moskvaya getməyi planlaşdırmır.

Nizami Bağırov
Seçilən
9
1
qaynarinfo.az

2Mənbələr