AZ

Blinken: ABŞ nüvə silahına malik Rusiya ilə birbaşa münaqişəyə girmək istəmir

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun nüvə silahına malik Moskva ilə birbaşa münaqişədən qaçmağa çalışdığını deyib.

Editor.az xəbər verir ki, Blinken bu barədə ABŞ-da yerləşən “Beynəlxalq Əlaqələr Şurası”nda çıxış edərkən deyib.

Blinken vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə davam edir, lakin bunu münaqişənin gərginləşməsinin hazırkı risklərini nəzərə alaraq edir. Blinken bəyan edib ki, Ukrayna NATO-nun üzvü olacaq və olmalıdır, lakin Kiyev hərbi institutlarda islahatları davam etdirməli və demokratiyanı gücləndirməlidir. Kiyevin müttəfiqlik yolunda irəliləməsi üçün bu cür “praktiki addımların” zəruri olduğunu vurğulayan Blinken deyib: “Hesab edirəm ki, bu, Rusiya üçün çox, çox çətindir. Amma digər tərəfdən yaxşı haldır ki, bizim istənilən danışıqlarda faydalı olacaq şeylər var”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr