Finlandiya Litvadan Rusiya Federasiyasına uçan şəxsi təyyarəni sanksiyaların pozulması ilə bağlı narahatlığına görə saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb .
Məlumata görə, Litvada qeydiyyatda olan “Beechcraft” təyyarəsi Litvadan Latviya üzərindən Pskova gedirmiş. Təyyarə yanacaq doldurmaq üçün Helsinkiyə enib və orada Finlandiya rəsmiləri tərəfindən saxlanılıb.
Portal qeyd edir ki, Litvadan Rusiyaya birbaşa marşrut, eləcə də təyyarənin sahibləri Finlandiya rəsmilərində şübhə doğurub. Pilotlardan biri Litva vətəndaşıdır, o, əvvəllər sanksiyalardan yayınaraq təyyarələrin satışında iştirak etməsi barəsində ibtidai istintaq aparılır.
Türkan İSGƏNDƏRLİ