AZ

2024-cü ilin ən mühüm son faiz qərarı açıqlandı

ABŞ Federal Ehtiyat Sistemi (FED) ilin son FOMC toplantısından sonra faiz qərarını açıqlayıb. FED pul siyasəti faizini 0,25 faiz bəndi azaldaraq 4,25-4,50 faiz aralığına endirib.

Qərar 12 üzvdən 11-nin dəstəyi ilə qəbul edilib. Qərara qarşı çıxan yeganə şəxs Klivlend Fed-in sədri Hammak olub.

ABŞ Mərkəzi Bankı (FED)2024-cü il üzrə sonuncu faiz qərarını açıqladı.

FED.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 0,25 faiz bəndi də azaldaraq 4,50 - 4,75 faiz aralığından 4,25 - 4,50 faiz aralığına endirdi.

FED 2025-ci ildə iki dəfə olmaqla fazilərində cəmi 0,50 faiz bəndi endirim gözləyir. Bundan əvvəl gələn il FED-in faizlərini 1 faiz bəndi azaldacağı gözlənilirdi. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın iqtisadi siyasətlərinin inflyasiyanı artıracağı proqnozlaşdırılır. 2025-ci il FED və bazarlar üçün qeyri-müəyyəndir. Bu səbəbdən FED 2025-ci ildə faizlərin aşağı salınması sürətini azaldır. 

Beləliklə, bu il FED ardıcıl üçüncü iclasında faizlərini azaltmaq qərarına gəlib. FED bu il yumşaq pul siyasəti dövrünə sentyabr ayında 0,50 faiz bəndi endirimlə başlayıb. Noyabr ayında faizlər 0,25 faiz bəndi azaldılıb (Marja).

Seçilən
7
fed.az

1Mənbələr