ABŞ Federal Ehtiyat Sistemi (FED) ardıcıl üçüncü iclasında da uçot dərəcəsini azaltmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, ilin son iclasında FED gözlənildiyi kimi siyasət faizini 25 baza bəndi azaldıb.

Sentyabr ayında 2025-ci il üçün dörd faiz endirimi proqnozlaşdıran FED səlahiyyətliləri, bu iclasda 2025-ci il üçün gözləntilərini iki faiz endiriminə endirdilər.

Faiz qərarından sonra açıqlama verən FED sədri Cerom Pouel, iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu və inflyasiyanın hədəfə yaxınlaşdığını bildirib.

Pouel bununla yanaşı gələcək faiz endirimlərini qiymətləndirərkən daha ehtiyatlı olacaqlarını qeyd edib.