Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Bu barədə Missiya.Az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.