AZ

Viktor Orban Volodimir Zelenskiyə müraciət etdi: ya “hə”, ya da “yox” deyin

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenskini Milad bayramları zamanı münaqişə zonasında atəşkəs təklifinə cavab verməyə çağırıb.

“Atəşkəs təklifi masadadır. Qəbul edin və ya rədd edin. Bu, sizin məsuliyyətinizdir”, – Macarıstan hökumətinin başçısı X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Moskva və Kiyevə Milad bayramı üçün genişmiqyaslı əsir mübadiləsi aparmağı və atəşkəs yaratmağı təklif edib. Təşəbbüs dekabrın 11-də məlum olub. Rusiya prezidenti Vladimir Putin macar siyasətçinin sülh yolu ilə nizamlanma və humanitar məsələlərin həlli istiqamətində səylərini dəstəkləyib. Eyni zamanda, Orbanın sözlərinə görə, “qarşı tərəf” təklifi rədd edib. Macarıstanın xarici işlər naziri Péter Siyyarto bunu “diplomatiyada görünməmiş bir jest” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr