AZ

Kapital Bankın aktivləri 10 milyard manatı ötüb

Bu ilin yanvar-oktyabr aylarında Kapital Bankın aktivləri 10,1 milyard manat olub. 

Valyuta.az xəbər verir ki bunu “Kapital Bank”ın Baş Maliyyə İnzibatçısı Emin Məmmədov Kapital Bankın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O, bildirib ki, bu, ötən ilin sonu ilə müqayisədə 15% çoxdur. Ötən ilin sonunda bu məbləğ 8,8 milyard manat olub.

Bununla yanaşı, E. Məmmədov ötən il bankın səhmdarlarına ödədiyi dividendin həcmini də açıqlayıb. O, qeyd edib ki, ötən ilin nəticələrinə uyğun olaraq bu il ərzində bankın səhmdarlarına 176 milyon manat dividend ödənilib.

Əvəz Həsənov

Seçilən
5
valyuta.az

1Mənbələr