Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Akif Rüstəmovun 85 yaşı tamam olur. Akif Rüstəmov bütün mənalı ömrünü elmə və pedaqoji fəaliyyətə həsr etmiş fədakar simadır. Onun fəaliyyətinin qayəsində BDU-nun jurnalistika fakültəsi dayanır. Qətiyyətlə demək olar ki, Akif müəllim fakültənin nəinki elm məbədi, eyni zamanda ziyalı mühiti kimi formalaşmasında və cəmiyyətdə oturuşmuş mövqe qazanmasında müstəsna pay sahibidir.
Ölkəmizdə elmi jurnalistikanın inkişafında xidmətləri ilə seçilən, zəkası, prinsipial yanaşması ilə bu sahəyə sanballı töhfələr verən Akif Rüstəmov nəcib kefiyyətləri, qayğıkeşliyi və səmimiliyi ilə də həm altmış ilə yaxındır çalışdığı kollektivin, həm də saysız-hesabsız tələbələrinin sevimlisidir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dəyərli Akif müəllimi 85 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uğurlar arzulayırlar.
Mətləb