AZ

Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institut və mərkəzlərinin 2024-cü ildə fəaliyyətlərinə dair iclas keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində tabelikdə olan elmi-tədqiqat institutlarıvə mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilinyekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsrolunan iclas keçirilib.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda giriş sözü ilə çıxış edən səhiyyə naziriTeymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritetməsələlərdən olduğunu vurğulayıb:

“Cari ildə Səhiyyə Nazirliyi tərəfindən respublikamızda səhiyyəinfrastrukturunun daha da möhkəmləndirilməsi, göstərilən xidmətsəviyyəsinin artırılması, bu sahənin maddi-texniki bazasının, kadrpotensialının gücləndirilməsi və rəqəmsallaşdırma işləriningenişləndirilməsi istiqamətində bir sıra zəruri addımların atılıb.Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəsəhiyyəsinin müasir tendensiyalara cavab verməsi və əhalinin tibbxidmətlərindən məmnunluq səviyyəsinin və əlçatanlığının daha daartırılması ilə bağlı sistemli işlər görülür”.

Teymur Musayev cari ildə elektron sənəd dövriyyəsinə keçid,səhiyyə sistemində rəqəmsallaşdırma və innovativ texnologiyalarınındaha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyəocaqlarının inşası və digər istiqamətlərdə mühüm işləringörüldüyünü bildirib:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cüil tarixli Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsininrəqəmsallaşdırılması çərçivəsində önəmli yeniliklərdən olanElektron Resept Sistemi Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cüil tarixindən etibarən istifadəyə verilib”.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə SəhiyyəNazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını qeydedən nazir deyib:

“Dövlət başçısının imzaladığı sənədin icrası məqsədiləRespublika Qan Bankının Bakı şəhəri ilə yanaşı, ölkənin digərbölgələrində də fəaliyyətinin genişləndirilməsi prioritetməsələrdəndir. Dövlət başçısının digər Fərmanı ilə 2023-cü ilinyanvar ayının 1-dən etibarən 9 Elmi-Tədqiqat İnstitutu və MərkəziSəhiyyə Nazirliyin tabeliyinə verilib. Bu müddət ərzində qurumlarınmaliyyələşdirilməsi və optimal idarəçilik prinsiplərinin qurulmasıistiqamətində mühüm addımlar atılıb”.

Nazir, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəkiçatışmazlıqlar təhlil edilərək, gələcək üçün sistemli yanaşmanıntətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçündaha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasınınhazırlanmasının vacibliyini qeyd edib. Həmçinin, nazirliktərəfindən istifadəyə verilən “Elektron Resept Sistemi”ndən dahageniş istifadənin reallaşdırılması və nazirliyin tabeliyindəkibütün qurumlarda birmənalı bu sistemə keçidlə bağlı tapşırıqlarverilib.

Daha sonra Səhiyyə Nazirliyinin tabeliyində olan K.Y.Fərəcovaadına Elmi-Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru AynurPoluxova, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinindirektoru Rauf Ağayev, akademik C.M.Abdullayev adına ETKardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, ETTravmatologiya və Ortopediya İnstitutunu direktoru RüstəmTalışinski, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradəAxundova, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru CəmiləQurbanova, ET Tibbi Bərpa İnstitutunun direktoru MətanətƏfəndiyeva, V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunundirektoru Adil Allahverdiyev və Milli Hematologiya vəTransfuziologiya Mərkəzinin direktoru Sərdar Əsədovun hesabatlarıdinlənilib.

Bundan əlavə, oktyabrda Şuşa şəhərində Türk DövlətləriTəşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərininIV iclası çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrininsəhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləriarasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya,travmatologiya və ortopediya sahələrinə aid bir sıra AnlaşmaMemorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasındaintensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, buixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik vəbacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalıəməkdaşlığın təşviqi və gücləndirilməsini ehtiva edir.

Eyni zamanda, qeyd edilib ki, cari ildə I Türk DövlətləriKardioloji Qurultayı, ET Ağciyər Xəstəlikləri İnstitutunun 80 illikvə Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunanbeynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirlər SəhiyyəNazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub.Bundan əlavə, elmi-tədqiqat institutları və mərkəzlərininmütəxəssislərinin məqalələri bir sıra tanınmış beynəlxalq nəşrlərdədərc olunub.

Təqdimatlardan sonra nazir əldə olunan nailiyyətlərlə yanaşı,problemlərin də mövcudluğunu diqqətə çatdırıb. Teymur Musayevnazirliyin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institut vəmərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetməmexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib:

“Biz, bütün diqqətimizi bu problemlərin həllinə yönəltməliyik.İnanıram ki, qısa müddətdə müsbət nəticə əldə olunacaq".

İclasın sonunda qurum rəhbərlərinə müvafiq tapşırıqlarverilib.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
10
5
az.trend.az

6Mənbələr