AZ

İsmayıl Rafiqoğlu: "Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Media savadlılığı dedikdə müasir texnologiyanın geniş yayıldığı bir dövrdə gənc nəslə informasiya ilə davranmaq bacarığının tədris edilməsi nəzərdə tutulur".
Bu sözləri Oxu.Az-a açıqlamasında "Report" Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.
O bildirib ki, kütləvi kommunikasiya vasitələrinin hər bir insana təsiri günü-gündən artdığı bir şəraitdə xəbər axınından baş çıxartmaq, hansı məlumatın faydalı, hansının ziyanlı olduğunu aşkarlamaq özü bir fərasət tələb edir:
"Media savadlılığı məhz internetin hər yeri ələ aldığı bir zamanda cəmiyyət üçün önəmli amillərdən birinə çevrilib. Virtual məkanın həcminin min dəfələrlə artdığını müşahidə edirik. Hazırda internetdə qeydə alınan veb-saytların sayı beş milyarda yaxınlaşır. Məlumatın həcmi zetabaytlarla ölçülür. Hansısa bir elementar media savadlılığı olmayan insan belə bir məlumat burulğanında doğrunu yalandan necə ayıra bilər? Bu gün media savadlılığı ilk növbədə jurnalistə lazımdır, çünki doğru sözü cəmiyyətə məhz o çatdırır. Xəbəri ötürən tərəfin həm məsuliyyəti böyükdür, həm də ondan daha bilikli olmaq tələb olunur. Xəbəri adekvat qəbul etmək üçün hər bir fərdin bu nəhəng informasiya axınına davam gətirməsi, lazımsız məlumatları ələməsi lazımdır".
Ekspertin sözlərinə görə, biliksizlik, savadsızlıq ciddi problemlərə yol açır:
"Sosial mediada yaşayan gənclik bir an belə düşünmədən hər cür cəfəngiyyatı paylaşmağa hazırdır. Əvvəl paylaşırıq, sonra isə düşünürük. Ciddi, analitik xəbərlərə fikir verməyən bir nəsil formalaşıb. O qədər gülünc xəbər gəlir ki, heç onları yüngülcə də olsa, araşdırmağa zaman olmur. Feyk xəbərləri paylaşmaq bir epidemiya halını alıb, çünki doğrunu yalandan ayıra bilmirik".
Xatırladaq ki, ötən il Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib. Beş bölmə və 10 altbölmədən ibarət olan veb-sayt platforması vasitəsilə hər bir istifadəçi testləri edərək öz media savadlılığını yoxlaya bilər.
Aygün Mirakif
Seçilən
9
oxu.az

1Mənbələr