AZ

Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə dair saziş layihəsini təsdiqləyib

Rusiya Federasiyasının Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafına dair Rusiya-Azərbaycan sazişinin layihəsini təsdiqləyib.

Rusiya Federasiyasının rəsmi hüquqi informasiya portalının məlumatına görə, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Sənədin əsas məqsədi nəqliyyat kommunikasiyalarının səmərəliliyini artırmaqdır. Tərəflər, həmçinin, Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaq niyyətindədirlər.

Saziş dəmiryol xətləri yeniləndikdən sonra Rusiyadan Azərbaycana daşınmalı olan yüklərin illik həcmini də müəyyən edir. Belə ki, 2028-ci ildən minimum həcm 5 milyon ton olacaq, daha sonra isə tərəflərin qəbul edəcəyi müvafiq qərarla bu həcm 15 milyon tona yüksələcək.

phrase_var_article.chosen
20
1
vergiler.az

2phrase_var_article.sources