AZ

"Suriya ikinci Əfqanıstan olmayacaq"

Suriya Əfqanıstana bənzəməyəcək.
 
Milli.Az bildirir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.
 
"Suriya Əfqanıstan deyil və olmayacaq", - Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.
 
Əş-Şəraa hesab edir ki, bu iki ölkə "çox fərqlidir və fərqli ənənələrə malikdir". O qeyd edib ki, "Suriya sakinləri fərqli mentalitetə malikdirlər". Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.
 
Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər. /Report
Seçilən
7
9
moderator.az

10Mənbələr