AZ

Anasına bax, qızını al? - EKSPERT TƏNQİD ETDİ

Ötən gün “Günü bu gün” verilişində gərginlik yaranıb. Buna səbəb aktrisa Səmayə İsmayılovanın “Ana necədirsə, qızı da elə olacaq” fikrini ifadə etməsi olub. Bu zaman müğənni Səbinə Selcan aktrisaya etiraz edib. Bu fikrin kökündən yanlış olduğunu söyləyib. SİA mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəylinin fikirlərini öyrənib.

Fatimə Hacıbəyli bildirib ki, buna məsəl olaraq yaxşı bir söz var: “Yaxşı ananın pis qızını al, amma pis ananın yaxşı qızını alma. Çünki həmin qız əvvəl-axır anasından görüb-götürdüyü təcrübələri müəyyən bir yaşa çatdıqdan sonra həyata keçirəcək. Başqa cür mümkün də deyil”.

Onun sözlərinə görə, təbii ki, “anasına bax, qızını al” ifadəsini götürsək, bəzən yaxşı bir ailənin uşağı çox pis olur: “Amma bu uşağı da hansısa bir mühit korlaya bilər. Ama gen ki var, bu genetika hər zaman öz işini görüb və görəcək də.

Mən öz gəlinimə elçi düşən zaman ilk olaraq onun anasını bəyənmişdim. Onun anasının qaynanaya olan hörməti, tərbiyyəsi və s. digər hər bir əlamətini bəyəndikdən sonra onun qızını oğluma almışdım. Düşünmüşdüm ki, bu qadının heç bir zaman pis qızı ola bilməz. Bir daha deyirəm, yaxşı ananın pis qızını alaram, amma pis ananın yaxşı qızını həyatı boyu almaram”.

Ayşən Vəli

phrase_var_article.chosen
15
4
sia.az

10phrase_var_article.sources