AZ

Dünyanın ən yaxşı oyunqurucusu bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı oyunqurucularının siyahısını tərtib edib.
Oxu.Az xəbər verir ki, İngiltərə millisinin və "Real Madrid"ın futbolçusu Cud Bellinqem ən yaxşı adını qazanıb. İngiltərəli pleymeyker 133 səs toplayıb.
Kevin de Bruyne (Belçika, "Mançester Siti") 96 səslə ikinci yeri tutub. İlk üçlüyü 78 səs yığan Toni Kroos (Almaniya, "Real Madrid") qapayıb.
Qeyd edək ki, Cud Bellinqem 2022-ci və 2023-cü illərdə IFFHS-in ən yaxşı gənc oyunçu mükafatını qazanıb.
Seçilən
26
50
oxu.az

10Mənbələr