AZ

Rabitəbank “Yaşıl dünya naminə” iməcilik aksiyası təşkil etdi - FOTOLAR

7 Sentyabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təmiz ölkəm” aksiyası çərçivəsində “Rabitəbank” ASC-nin Bakı, Quba, Qusar və Xaçmaz filiallarının əməkdaşları Qubanın Qəçrəş kəndində genişmiqyaslı iməcilik tədbirində iştirak ediblər.

 

Tədbir zamanı, ümumilikdə 3 hektar ərazidə meşə massivi və çay kənarları daxil olmaqla, 1.5 ton tullantı təmizlənmişdir. Tullantılar çeşidlənərək aidiyyatı üzrə daşınıb. Bu əməliyyat, təbiətə və ətraf mühitə zərər verməmək məqsədilə həyata keçirilmişdir.

 

Layihənin əsas məqsədi, təbiət ərazilərinin davamlı təmizliyini təmin etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində daha aktiv mübarizəyə cəlb etmək olub.

Seçilən
14
sfera.az

1Mənbələr