Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub...
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Rusiya ordusu sıralarında döyüşlərdə iştirak edən azərbaycanəsilli leytenant Anar Oruc oğlu Talıbov hərbi əməliyyatlarda həyatını itirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində 36 yaşlı Timur Asif oğlu Əliyev Luqansk vilayətində həlak olub.
Poliqon.info