Rusiyanın Kamçatka diyarında “An-2” tipli təyyarə radarlardan itib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.
Bildirilib ki, yük daşıyan təyyarənin göyərtəsində 3 nəfər var. Onlardan ikisi pilot, biri isə yükü müşayiət edən şəxsdir.
Məsələ ilə bağlı xilasetmə əməliyyatı başladılıb. Təyyarənin axtarışları üçün iki “Mi-8T” helikopteri göndərilib.