Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əməliyyatda onlarla təyyarə iştirak edib. Paytaxtın cənubunda və şimalında yerləşən iki mərkəzi elektrik stansiyasına hücum edilib. Bundan əlavə, ölkənin qərbində yerləşən Əl-Hodeyda əyaləti də hava zərbələrinə məruz qalıb. Hudeyda limanına dörd dəfə, Ras-İssadakı neft çənlərinə isə iki dəfə hücum edilib.
İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub.