AZ

Cari ilin yanvar-noyabr ayları ərzində qrup halında olan cinayətlərin sayı 7 fakt artıb

Cari ilin yanvar-noyabr ayları ərzində qrup halında olan cinayətlərin sayı 7 fakt artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövri ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1209, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 321, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 798, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 66, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 31 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 315 kq 383,968 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 1073 nəfər azalıb.

Seçilən
18
2
operativmm.az

3Mənbələr