“NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya daxil olacaq və bu heyətin arasında bir neçə min nəfər də Ermənistan ordusundan olacaq”.
Missiya.Az xəbər verir ki, belə bir sensasion iddia ilə ukraynalı jurnalist Dmitri Qordon çıxış edib.
Müharibənin nəticələrinin perspektivlərindən danışan jurnalist kompromisin olacağını qeyd edib və Kiyevin heç bir ərazisini verməyə məcbur edilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya NATO qoşunlarının göndərilməsi ilə bağlı Ermənistanın da iştirakı istisna edilmir, çünki Fransa prezidenti Emmanuel Makron artıq Ermənistanın Baş naziri Nikol Paşinyana bu məsələ ilə bağlı müraciət edib və müsbət cavab alıb.
Daşqın HəsənovMissiya.Az