AZ

"2025-dən "Kapital Bank" "Bir Bank" brendi altında fəaliyyətini davam etdirəcəkdir"

"2025-ci ildən "Kapital Bank" daha çox "Bir Bank" brendi altında fəaliyyətini davam etdirəcəkdir".

Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

"Bizi gələn ildən "Bir Bank" brendi altında izləyəcəksiniz. Müştərilərimiz daha çox "Bir Bank"lı olacaq. Biz daha rəqəmsal və müştəri yönümlü olmaq istəyirik. Bütün kommunikasiyamız, məhsullarımız daha çox "Bir Bank" brendi altında olacaqdır. Eyni zamanda, bu o demək deyil ki, "Kapital Bank" brendi yox olacaq, o qalacaq, bir maliyyə institutu olaraq rəsmi sənədlərdə "Kapital Bank" adından istifadə olunacaq. Lakin müştəri yönümlü strategiyamız "Bir Bank" brendi altında olacaqdır", - Bankın İdarə Heyətinin sədri deyib.

Fərid Hüseynov əlavə edib ki, artıq "Bir Bank" tətbiqini 3 milyondan çox müştəri istifadə edir. 

Bankın sədri, "müşahidə edirik ki, bizi daha çox "Bir Bank" brendi ilə tanıyırlar. Biz 2-3 il ərzində filiallarımızı da "Bir Bank" adına keçirəcəyik", deyib. 

Seçilən
6
1
marja.az

2Mənbələr