AZ

Yaxın zamanlarda kosmik turistlərində sayı artacaq -“Azərkosmos” sədri

Yaxın zamanlarda təkcə kosmik texnologiyaların deyil, həmçinin astronavtlarla bərabər kosmik turistlərin də sayı artacaq.

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarә Heyәtinin sәdri Saməddin Əsədov “Kosmik Tibbin əsasları” mövzusunda təlimin açılışında bildirib.

“Əminəm ki, növbəti onillikdə kosmosa yollanan insanların dayı dəfələrlə artacaq. Bu baxımdan kosmik tibbin daha geniş təhlil və tədqiq olunması vacibdir. Azərbaycan 2008-ci ildən etibarən Azərbaycan kosmik sahənin təhlilinə başlayıb. Bu gün ölkəmiz üç istiqamətdə geniş fəaliyyət göstərir. Artıq Azərbaycan dünya səviyyəsində kosmik sahədə aktiv rol oynayan ölkə kimi tanınır”, - deyə S.Əsədov deyib.

 Yaqut Ağaşahqızı, "İki sahil"

Seçilən
4
2
ikisahil.az

3Mənbələr