AZ

Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı körpə Amin ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Aytən Sleptsova məlumat verib.
Gənc ana övladının ehtiyatsızlıq ucbatından yandığını bildirib:
"Amin 2023-cü ilin dekabr ayında dünyaya gəlib. Aminin autizm xəstəliyindən əziyyət çəkən bacısı var. Martın 10-da o bilmədən termosu Aminin üzərinə dağıdıb. Həmin gün biz xəstəxanaya yollandıq, bir müddət orada müalicə alıb evə çıxdıq. Evə çıxdıqdan sonra onun müalicələrini, demək olar ki, sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda Aminin yenidən dəstəyə ehtiyacı var. Yaşı az olduğu üçün yaraları ağrıdıqca qaşıyır, yenidən daha pis vəziyyətə salır özünü".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərdən imdad diləyib:
"Biz Bakıda kirayədə yaşayırıq. Evdə tək yoldaşım işləyir, onun maaşı ilə güclə dolanırıq. Amin yandığı üçün əlimizdə olan son pulu da xərcləmişik. Müalicəni davam etdirmək üçün maddi gücümüz qalmayıb. Yardımsevər şəxslərdən övladıma kömək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 274-67-93.
UniBank: 5243 7544 4140 6913.
Seçilən
4
2
oxu.az

3Mənbələr