Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında və “Birbaşa xətt”də vətəndaşların, yerli və xarici jurnalistlərin suallarına cavab verəcək.
Teleqraf.com xəbər verir ki, proqramın Bakı vaxtı ilə 13:00-da başlaması planlaşdırılıb.
İlin yekunlarına həsr olunacaq konfranslabağlı artıq 2 milyondan çox müraciət daxil olub.
Bu barədə statistikanı "Rusiya-24" telekanalı təqdim edib.
Qeyd edək ki, V.Putinin ilk böyük mətbuat konfransı 2001-ci ildə təşkil olunub.
Müəllif: Ceyhun Ağazadə