AZ

Ukraynanın NATO-ya üzvlük məsələsini Tramphəll edəcək - Karpenter

Ukraynanın NATO-ya üzvlük məsələsini Donald Tramp həll edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Hill" qəzeti ABŞ Prezidenti Cozef Baydenin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterə istinadən məlumat yayıb.

ABŞ rəsmisi bunu Baydenin gələn ay səlahiyyət müddətinin başa çatması ilə əlaqələndirib.

"Ukraynanın NATO-dakı gələcəyi indi Trampın əlindədir. Amma biz ilk növbədə, Ukraynanı alyansa necə qəbul edəcəyimizi anlamalıyıq", - deyə Karpenter vurğulayıb.

Baş direktor, həmçinin bu məsələnin yeni Ağ ev liderinin komandası ilə hələ müzakirə edilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, yeni ABŞ prezidentinin yaxın gələcəkdə Ukraynadakı münaqişəyə son qoymaq üçün hər cür imkana malik olduğunu bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
3
teleqraf.com

1Mənbələr