"Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində tam elektron əmək müqaviləsi sisteminə keçidi yekunlaşdırmalıyıq".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, insanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur.
"Məşğulluq iki ana xətdən ibarətdir.
Xətlərdən biri iqtisadi güc yaranan iş yer, digəri insan resurslarıdır.
İnsan resurslarının güclənən iqtisadiyyatın tələblərinə cavab verməsi bizim ana hədəflərimizdən biridir.
İnsan resurslarının inkişafını təmin etmək üçün silsilə tədbirlər keçirilməkdədir.
Bu gun dördüncü karyera inkişaf forumu keçirilir. Forumun məqsədi hər bir əmək resursunun , vətəndaşın ömürboyu inkisafını təmin etməkdir.
Son illərdə orta əmək haqqında iki dəfə artım, ölkədə əməkhaqqı fondunun leqalllaşması və inkişafında ciddi artımlar əldə etmişik.
Əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik.
Bunun səksən faizi özəl sektorun payına düşür.
36 min şəxsə peşə hazırlığı məqsədilə aktual peşə təhsili vermişik".
Nazir qarşıdakıa hədəflərdən danışarkən qeyd ediv ki, əsas hədəflər işgaldan azad edilmiş ərazilərdə layiqli əməyi təmin etmək,
işəgötürənlər, dövlət qurumları və işləyənlər arasında sinergiyanı təmin etmək, əmək bazarı ilə təhsil sistemi arasında bağlantıları gücləndirməkdir.
"Azərbaycanda bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 160 xidmət həyata keçirilir və bunun 145-i elektron xidmətlərdir.
Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində tam elektron əmək müqaviləsi sisteminə keçidi yekunlaşdırmalıyıq.
Dövlət qurumlarında gələn ilin 1 yanvarında, özəl sektor üçün isə gələn ilin 1 iyuluna qədər bu keçid başa çatmalıdır", nazir vurğulayıb.