AZ

Azərbaycanın üç idmançısı uzun müddətə diskvalifikasiya edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 3 idmançını diskvalifikasiya edib.
Oxu.Az AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, pauerliftinqçi Rövşən Xəlilov və ağırlıqqaldıran Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıblar.
Buna həmin idmançıların nümunələrində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması səbəb olub.
R.Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-də başa çatacaq. G.Vəliyevanın cəzasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti isə 2026-cı il fevralın 16-da bitəcək.
Seçilən
2
oxu.az

1Mənbələr