“Bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminarda bildirib.
“Bu seminar proseslərində onları maraqlandıran məqamları müzakirə edəcəyik. Bir neçə ay əvvəl biz maarifləndirmə layihəsi həyata keçirmişik. Budəfəki layihə fərqli formatda hazırlanıb. Əvvəlki seçkilərdə əldə olunan təcrübəyə geniş yer verəcəyik. Məlumdur ki, bələdiyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək. Ümid edirik ki, bu gün keçirilən seminar məhsuldar olacaq”, - deyə R.Qasımov bildirib.
Sədr müavini, həmçinin qeyd edib ki, bu saatlara olan məlumata görə, 6872 nəfər bələdiyyə seçkilərində namizəd olub: “3500-ə yaxın şəxs 21-35 yaş aralığını əhatə edir. 350-ə yaxın şəxsin namizədliyi qeydə alınıb”.
Nuranə Daxilqızı