Türkiyə Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada Anıtqəbirə gəlib.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Sahibə Qafarova məzarın önünə əklil qoyub.
Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta