AZ

Azərbaycanın Çexiyaya neft ixracından qazancı 1 mlrd. dollara çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 977 milyon 547 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 294 milyon 661 min dollar və ya 43.1% çoxdur. 

Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 39.4% artaraq 1.6 milyon ton olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 682.9 milyon dollar, həcmi isə 1.13 milyon ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
10
1
banco.az

2Mənbələr