AZ

Musiqi məktəblərinə işə qəbul üzrə müsahibə mərhələsinə qeydiyyat başlanır

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi keçiriləcək.

Nazirlikdən Musavat.com-a bildirilib ki, iyunun 2-də keçirilmiş müsabiqənin test mərhələsindən uğurlu nəticə əldə etmiş namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər.

Müsahibəyə qatılmaq üçün namizədlərin qeydiyyatı dekabrın 19-dan 29-dək “MyCulture” platforması (https://my.culture.az) üzərindən aparılacaq. Qeydiyyat başa çatdıqdan sonra müsahibənin tarixi, vaxtı və məkanı barədə namizədlərə şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə bildiriş göndəriləcək.

Direktor vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 55 faiz (55 bal), digər rayonlar üzrə isə 50 faiz (50 bal) təşkil edir.

Direktor müavini vəzifəsi üzrə “Test mərhələsi” üçün keçid faizi (balı) isə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu məktəblərində 50 faiz (50 bal), digər rayonlar üzrə isə 45 faiz (45 bal) təşkil edir. Müsahibə mərhələsi üçün keçid balı direktor vəzifəsi üzrə 55 faiz (22 bal), direktor müavini vəzifəsi üzrə isə 50 faiz (20 bal) olaraq müəyyən edilib. Keçid balı regionlardan asılı olmayaraq eynidir.

Müsabiqənin hər iki mərhələsində minimal tələblərə cavab verən namizədlər ümumilikdə 20 vakant yerdən birini seçmək imkanı əldə edəcəklər.

Diqqətə çatdırılır ki, müsahibə mərhələsində iştirak etmək üçün “Digital.Login” qeydiyyatının olması zəruridir.

Seçilən
0
8
musavat.com

9Mənbələr