AZ

Prezidentin müsahibəsi İrəvanda təşviş yaradıb - "Reallığı hələ də qəbul etmək istəmirlər..."

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlib. 

Ermənistan mediasında “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir” başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb.

Ermənistan verilən reaksiyaları şərh edən politoloq Elxan Şahinoğlu xatırladır ki, Prezident İlham Əliyev müsahibədə həm də Ermənistanın silahlandırılmasına diqqət çəkib: "Dövlət başçısı onu da bildirib ki, Fransa, Hindistan və ABŞ Ermənistanı sürətlə silahlandırmasaydılar, Azərbaycan 2025-ci ildə hərbi xərcləri 5 milyard dollar civarında artırmazdı...."

Politoloq qeyd edir ki, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevin Avropa müşahidə missiyası ilə bağlı tənqidi sözlərinə cavab olaraq  Azərbaycanın  NATO üzvü Türkiyənin dəstəyi ilə Şuşanı "ələ keçirdiyini" iddia edib. 

"Azərbaycan NATO üzvü Türkiyədən silah ala bilər, Ermənistan qardaş Yunanıstandan silah ala bilməz?” - deyə, Eduard Şarmazanov bildirib.

Ekspert yada salır ki, Prezident İlham Əliyev müsahibəsində Yunanıstanın adını çəkməyib. Dövlət başçısı Ermənistanı silahlandıran 3 dövlət - Fransa, Hindistan və ABŞ-ın adını hallandırıb. 

"Əlbəttə, Şarmazanovun təbirincə desək, qardaş Yunanıstan hər zaman Ermənistanı dəstəkləyib, ancaq bu ölkənin elə güclü hərbi-sənaye kompleksi yoxdur ki, qardaşına hərbi texnika göndərsin. Bir də bu erməni siyasətçilər müharibə günlərində olduğu kimi “Azərbaycan tərəfdən Türkiyə və Suriyadan gətirilən silahlılar savaşırdı” nağılını hələ də səsləndirməkdə davam edirlər. Qarabağın tamamı kimi Şuşanı da azərbaycanlı hərbçilərin azad etdiyini qəbul etmək istəmirlə. İndiyənə kimi “necə oldu ki, istehkam şəhər olan Şuşanı nəzarətdə saxlaya bilmədik” sualını az aralarında səsləndirməkdə davam edirlər. Reallığı qəbul etmək istəmirlər", - E.Şahinoğlu vurğulayıb.

"AzPolitika.info"

Seçilən
5
1
azpolitika.info

2Mənbələr