AZ

Əmək müqavilələri ilə bağlı MÜHÜM AÇIQLAMA

"Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq".

 

Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, insanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur:

 

"Məşğulluq iki ana xətdən ibarətdir. Xətlərdən biri iqtisadi güc yaranan iş yerləri, digəri isə insan resurslarıdır. İnsan resurslarının güclənən iqtisadiyyatın tələblərinə cavab verməsi bizim ana hədəflərimizdən biridir. İnsan resurslarının inkişafını təmin etmək üçün silsilə tədbirlər keçirilməkdədir. Bu gün dördüncü karyera inkişaf forumu keçirilir. Forumun məqsədi hər bir əmək resursunun, vətəndaşın ömür boyu inkişafını təmin etməkdir".

 

Nazir deyib ki, son illərdə orta əmək haqqında iki dəfə artım, eyni zamanda ölkədə əməkhaqqı fondunun leqallaşması və inkişafında ciddi artımlar əldə edilib:

 

"Əmək müqavilələrinin sayında 609000 ədəd artım əldə etmişik. Bunun səksən faizi özəl sektorun payına düşür. 36 min şəxsə peşə hazırlığı məqsədilə aktual peşə təhsili vermişik".

 

Nazir qarşıdakı hədəflərdən danışarkən qeyd edib ki, əsas hədəflər işğaldan azad edilmiş ərazilərdə layiqli əməyi təmin etmək, işəgötürənlər, dövlət qurumları və işləyənlər arasında sinergiyanı təmin etmək, əmək bazarı ilə təhsil sistemi arasında bağlantıları gücləndirməkdir.

 

"Azərbaycanda bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 160 xidmət həyata keçirilir və bunun 145-i elektron xidmətlərdir. Dövlət qurumlarında 2025-ci il yanvarın 1-dən, özəl sektorda isə iyulun 1-ə qədər qədər bu keçid başa çatmalıdır", - deyə nazir vurğulayıb.

 

APA

Tarix: 19 Dekabr 2024, 11:19   
Seçilən
8
8
pravda.az

10Mənbələr