Əsas məqsədimiz dairə seçki komissiyalarında namizədlərin təqdim etdiyi imza vərəqələrinin yoxlanılmasına məsul olan şəxslərin maarifləndirilməsidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sərd müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, bu seminarda maraqlı məqamlar qarşılıqlı fikir mübadiləsi əsasında müzakirə ediləcək:
"Budəfəki layihə fərqli formatda dizayn olunub. Burada əvvəlki seçkilərdəki təcrübələrə geniş yer verəcəyik. Bununla bağlı yaradılmış işçi qrupları minlərlə namizədin sənədlərinin yoxlanılmasından məsuldular. Onlar DSK-ya sənədləri təqdim edəcək və həmin sənədlər əsasında namizədlərin qeydiyyat məsələsi həll olunacaq".
Rövzət Qasımov əlavə edib ki, bu günə qədər bələdiyyə institutunda müəyyən dəyişikliklər olub: "Nəzərə alsaq ki, bizdə əvvəllər bədələdiyyə institutu olmayıb. Proses 1999-ci ildən başlayıb".