AZ

Türkiyədən deportasiya edilən rus qadınla bağlı qalmaqal

Turoperator Türkiyədən deportasiya edilən rusiyalı turistdən 135 min rubl tələb edib.

Musavat.com Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə adı açıqlanmayan turizm agenti mediaya məlumat verib.

Deportasiya hələ may ayında baş verib, lakin rusiyalı qadın buna görə indi ödəniş etməyə məcbur edilir. Mənbənin sözlərinə görə, heç vaxt xaricdə olmayan qadın özü və nəvəsi üçün Antalyaya tur sifariş edib. Türkiyəyə gələn kimi onlar pasport nəzarətində saxlanılaraq dərhal Rusiyaya geri göndərilib.

Sərhədçilər tərəfindən turistə verilən sənəddə onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilir. Səyahət agenti izah edib ki, qadının adı necəsə “bir növ terrorçuların siyahısı”na düşüb.

Bundan sonra turagent turoperatora səfərin dəyərini azaltmaq üçün sorğu göndərib və tətil üçün ödədəiyi pulun bir hissəsi qadına geri qaytarılıb. Altı aydan sonra aviaşirkət deportasiya xərclərini ödəmək üçün turoperatora 135 min rubl məbləğində hesab-faktura verib. İndi bu pulu turist qadın ödəməlidir.

Nəşrin məlumatına görə, rusiyalı qadın ölkəyə buraxılmamasında günahkar olmadığını düşünərək deportasiya xərclərini ödəməkdən imtina edib. O, səfirliklə əlaqə saxlayıb, orada deportasiyanın qanunsuz olduğuna əmin olub: onun soyadı və adı Türkiyəyə girişi qadağan edilən şəxslə eyni, doğum tarixi və pasport məlumatları fərqli imiş.

Qeyd edək ki, ad-soyadı eyni olan adamlara görə təyyarə ilə səyahət zamanı bənzər anlaşılmazlıqlar çox olur. Pasport qeydiyyatı işlərinə baxan məmurlar axtarılan və ya ölkəyə girişi qadağan olunanların siyahısında ad-soyadı olan şəxslərlə eyni ad-soyadı daşıyanları aşkar etdikdə, daha artıq araşdırma aparmadan həmin sərnişinlərə problem yaradırlar.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr