Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub. Manset.az-ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin rəisi general Mirsaleh Seyidovun müvafiq əmri ilə, 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi polkovnik Əli Mahmudov tutduğu vəzifəsindən azad olunub.
Digər əmrlə o, Qobustan istintaq təcridxanasının rəisi təyin edilib.
Qeyd edək ki, Əli Mahmudov uzun illərdir bu sistemdə çalışır.