Biz 15 yaşından etibarən gənclərlə təmasda oluruq. 9-11-ci siniflərdə oxuyan şagirdlər buraxılış imtahanları verirlər. Hər il 9-cu sinifdən sonra nə qədər şagird təhsilini davam etməyib, əmək bazarına daxil olur.
“Operativ Media” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
“Həmin şəxslər 11-ci sinifdə təhsillərini davam etdirir, nə də hər hansı orta ixtisas təhsili müəssisəsində oxuyurlar. Bu barədə məlumatlar bizdə mövcuddur.
Eyni zamanda, 11-ci sinifi bitirdikdən sonra heç bir yerdə təhsil almayan şəxslərin sayı da izlənilir. Bu insanların sayı ildən-ilə azalsa da, hələ də belə şəxslər mövcuddur”.